WESA-nın Baş Texniki Direktoru Faraj Xəlilov AICC Caspian 2025-də çıxış edəcək

WESA komandası olaraq, Baş Texniki Direktorumuz Fərəc Xəlilov, CEng IMechE-nin bu ilin ən mühüm sənaye tədbirlərindən biri olan Asset Integrity Corrosion and Coatings Conference and Showcase 2025 (AICC Caspian 2025)-də çıxış edəcəyini böyük qürurla elan edirik.
Tədbir 9–11 dekabr 2025-ci il tarixlərində, Fairmont Baku, Flame Towers, Bakı, Azərbaycan ünvanında keçiriləcək və ona Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ev sahibliyi edəcək.
Fərəc Xəlilov tədbir çərçivəsində “Integrating Predictive Maintenance and EPC Capabilities for Sustainable Asset Integrity” mövzusunda təqdimatla çıxış edəcək. O, mühəndislikdə qabaqcıl yanaşmalar, dayanıqlı aktiv idarəçiliyi və rəqəmsal proqnozlaşdırma texnologiyalarının tətbiqi ilə bağlı təcrübəsini bölüşəcək.
Fərəc bəy Orta Doğu Texniki Universitetinin Aerokosmik mühəndislik fakültəsinin məzunudur və Almaniyanın FH Aachen University of Applied Sciences universitetində Simulyasiyalar sahəsində təhsil alıb. Karyerasına STP və SOCAR SDM şirkətlərində FEED və Layihə Mühəndisi kimi başlayıb, hal-hazırda isə WESA şirkətində Baş Texniki Direktor vəzifəsində çalışır.
Bu çıxış, WESA-nın regionda texniki mükəmməlliyə, innovasiyaya və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Biz əməkdaşımızın bu tədbirdə WESA-nı təmsil etməsindən böyük qürur duyuruq və onun uğurlu çıxışını səbirsizliklə gözləyirik.
Tədbir və qeydiyyatla bağlı daha ətraflı məlumat üçün:
www.aicccaspian.com
register@aicccaspian.com
+971 48 374 300